Qazaxıstanın Daxili İşlər Nazirliyi qanunsuz dövriyyədən 12 tondan çox qızılın müsadirə edildiyini bildirib.
Azreform.info xəbər verir ki, 1400-dən çox şəxs oğurluq və qanunsuz mədənçilikdə ittiham olunub.
Nazirlik aydınlaşdırıb ki, müsadirə edilən qızıl tərkibli material qanunsuz mədənçilik və filiz oğurluğu ilə bağlı istintaqın bir hissəsidir.
DİN-in məlumatına görə, bu il Jambıl vilayətindəki Akbakay mədənində qanunsuz filiz hasilatı və oğurluğu ilə əlaqəli mütəşəkkil qrupa qarşı məhkəməyəqədər istintaq başa çatıb. Materiallar artıq işin baxıldığı məhkəməyə təqdim edilib.
Nazirlik həmçinin monitorinq zamanı aşkar edilmiş obyektə qanunsuz daxil olmaq cəhdinin qarşısının alındığını bildirib. DİN-in yaydığı məlumata görə, Jambıl, Ulıtau və Karaqanda vilayətlərindən olan və oğurluq kanalı yaratmaq niyyətində olan qrup üzvləri yaxalanıb.
Həbs zamanı onlardan silahlar, külli miqdarda nağd pul, rabitə avadanlığı və nəqliyyat vasitələri müsadirə edilib. Hazırda istintaq davam edir və dəymiş ziyanın miqdarı müəyyən edilir. Zavodun təhlükəsizlik işçiləri və təhlükəsizlik xidmətləri də araşdırılır.(musavat)