RU

Hörmüzdə ABŞ İran kraterlərini məhv etdi

ABŞ-yə məxsus hərbi helikopterlər Hörmüz boğazı ərazisində İran katerlerinə müdaxilə edib.Metbuat.az xəbər verir ki, əməliyyat zamanı İrana aid altı kater məhv edilib. "Associated Press" agentliyinin məlumatına görə, ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığının rəhbəri Bred Kuper bildirib ki, sözügedən katerlər bölgədə hərəkət edən ticarət gəmiləri üçün potensial təhlükə yaradırdı.

Onun sözlərinə görə, bu səbəbdən obyektlər zərərsizləşdirilib və dəniz təhlükəsizliyi təmin olunub. Hadisə ilə bağlı əlavə təfərrüatlar açıqlanmır.

Избранный
22
metbuat.az

1Источники