RU

Tramp danışdı, dünya dinlədi: İran üçün “ya razılaş, ya məhv ol” çağırışı

ABŞ prezidenti Donald Tramp İranla bağlı növbəti sərt açıqlama ilə çıxış edib.

Musavat.com xəbər verir ki, o, “Fox News” telekanalına müsahibəsində bildirib ki, əgər İran ABŞ gəmilərinə hücum edərsə, bu ölkə yer üzündən silinəcək.

Tramp eyni zamanda qeyd edib ki, Tehran əvvəlki dövrlərlə müqayisədə danışıqlarda daha yumşaq və razılaşmaya meyilli davranmağa başlayıb. ABŞ lideri vurğulayıb ki, İran ya Vaşinqtonla vicdanlı razılaşmaya getməlidir, ya da hərbi əməliyyatlar davam edəcək.

Bununla yanaşı, Tramp Cənubi Koreyanı da ABŞ-nin başlatdığı “Layihə Azadlıq” əməliyyatına qoşulmağa çağırıb. Onun sözlərinə görə, İran Hörmüz boğazında hərəkət edən bəzi ölkələrin gəmilərinə qarşı addımlar atıb, o cümlədən Cənubi Koreyaya məxsus yük gəmisinə qarşı insident qeydə alınıb.

ABŞ prezidenti əlavə edib ki, əməliyyat çərçivəsində İranın yeddi kiçik sürətli kateri məhv edilib və hazırda bölgədə ciddi zərər qeydə alınmayıb.

Qeyd edək ki, ABŞ Müharibə naziri Pit Heqset və Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri Den Keyn sabah məsələ ilə bağlı mətbuat konfransı keçirəcək.

 

Musavat.com

Избранный
23
23
musavat.com

10Источники