RU

Türkiyədə siqaret şəxsiyyət vəsiqəsi ilə satılacaq -Açıqlandı


Türkiyədə siqaret şəxsiyyət vəsiqəsi ilə satılacaq.

Medicina.az xəbər verir ki, bu barədəTürkiyə səhiyyə nazirinin müavini dosent Dr. Şuayıb Birincibildirib:



"Yaponlar artıq şəxsiyyət vəsiqəsi olan insanlara siqaret satırlar. Bu, bizim də planlarımızdan biridir.
Ölkəmizdə orta hesabla hər iki kişidən biri siqaret çəkir. 18 yaşdan yuxarı hər dörd qadından biri isə siqaret çəkir".

Birinci 37 Avropa ölkəsində aparılan bir araşdırmaya görə, 15-16 yaşlı şagirdlərin 55%-nin siqaretə çıxışı olduğunu və ilk istifadə yaşının 12-dən aşağı düşdüyünü bildirib. O, qızların siqaret istifadəsi baxımından oğlanlarla bərabər olduğunu qeyd edib:

“Təəssüf ki, elektron siqaretlər siqaret çəkməyə başlama ehtimalını üç dəfə artırır".

Aygün
Medicina.az

Избранный
36
1
medicina.az

2Источники