RU

​İkardiyə sürpriz təklif:

Türkiyə Super Liqasının yenicə vəsiqə qazanmış Diyarbakırın “Amedspor” klubu mövsümün sonunda “Qalatasaray”la müqaviləsi başa çatacaq ulduz futbolçu Mauro İkardinin xidmətində maraqlıdır. Metbuat.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb. Yerli KİV iddia edib ki, Diyarbakır təmsilçisi hücum xəttini gücləndirmək və Super Liqaya iddialı başlamaq üçün argentinalı hücumçunu heyətinə qatmaq istəyir.

Məlumata görə, İkardiyə yalnız Türkiyədən deyil, xaricdən də maraq var. Xüsusilə Argentina nəhəngi “River Plate” futbolçunu yaxından izləyir. Eyni zamanda İtaliya və Argentina klublarının İkardinin xidmətində maraqlı olduğu deyilir. Futbolçunun isə illik təxminən 10 milyon avro maaş tələb etdiyi bildirilir.

Избранный
10
6
metbuat.az

10Источники