RU

Bu simptomlar isə çox vaxt ürək çatışmazlığı ilə səhv salınır, amma...

Demokrat.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Ürək xərçəngi gizli təhlükə kimi qalır. Həkimlər xəbərdarlıq edir ki, bu nadir xəstəlik çox vaxt başqa problem kimi özünü göstərir və məhz buna görə gec aşkarlanır.Demokrat.az-ın məlumatına görə onkoloq Olen Smalets bildirir ki, ürəkdə yaranan şişlər qan dövranını pozur. Nəticədə nəfəs darlığı, bədəndə şişkinlik kimi əlamətlər ortaya çıxır. Bu simptomlar isə çox vaxt ürək çatışmazlığı ilə səhv salınır. Elə əsas risk də buradan başlayır, xəstəlik diqqətdən yayınır.Mütəxəssis əlavə edir ki, ürək xərçəngi nadir hallarda birbaşa bu orqanda yaranır. Əksər hallarda başqa orqanlardan yayılmış metastazlar şəklində ortaya çıxır. Bununla yanaşı, ürəkdə xoşxassəli şişlər də müşahidə olunur, məsələn, miksoma.Həkimlərin fikrincə, bu cür hallarda düzgün və vaxtında diaqnoz həyati əhəmiyyət daşıyır. Çünki oxşar simptomlar səbəbindən yanlış müalicə riski artır və bu da vəziyyəti daha da ağırlaşdıra bilər.İsmayıl

Demokrat.az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
25
demokrat.az

1Источники