RU

Mançester Siti səfərdə Everton la heç heçə edib

ain.az bildirir, Modern.az saytına əsaslanaraq.

İngiltərə Premyer Liqasında XXXV tura yekun vurulub.

Modern.az xəbər verir ki, turun son oyun günündə 2 qarşılaşma baş tutub.

Günün ilk matçında "Çelsi" doğma meydanda sürpriz şəkildə "Nottingem Forrest"ə məğlub olub: 1:3.

Günün son matçında çempionluq yolunda vacib görüş keçirilib.

"Mançester Siti" "Everton"un qonağı olub.

Azarkeşlərin 6 qola şahidlik etdiyi oyunda qalib müəyyənləşməyib: 3:3.

Bu nəticədən sonra "Siti" xallarının sayını 71-ə yüksəldib. Lider "Arsenal"dan 5 xal geri qalan Qvardiolanın yetirmələrinin ehtiyatında baş tutmamış 1 oyun var.

Təxirə salınan matçda "Siti" - "Kristal Pelas"la üz-üzə gələcək.

Qeyd edək ki, Premyer Liqada mövsümün başa çatmasına 3 tur qalıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
10
4
modern.az

5Источники