RU

Hər il minlərlə insan bu dadlı qidalar ucbatından xəstəxanaya düşür

ain.az, Demokrat.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Dünyada ən çox rast gəlinən sağlamlıq problemlərindən olan ürək xəstəliklərinin qarşısını almaq üçün gündəlik vərdişlərə diqqət yetirmək vacibdir. Bir çox insanın hər gün rasionuna daxil etdiyi bəzi qidalar ürək-damar sistemini təhlükə altına salır.Demokrat.az xəbər verir ki, kardioloq Darius Farzad ürək sağlamlığını qorumaq üçün uzaq durulması lazım olan qidaları açıqlayıb. Onun sözlərinə görə, qidalanma tərzi ürək xəstəliklərinin qarşısının alınmasında ən böyük amildir. Həkim bildirib ki, qızardılmış yeməklər, həddindən artıq şəkərli qidalar, qazlı və şirin içkilər ürək fəaliyyətinə birbaşa ziyan vurur.Həkimlər həmçinin işlənmiş qidalardan, ağ makaron və düyü kimi "boş karbohidratlardan" uzaq durmağı tövsiyə edirlər. Ağ çörək, hazır səhər yeməyi paketləri, peçenye, keks və digər un məmulatlarının istifadəsi də məhdudlaşdırılmalıdır. Bundan əlavə, çips, sosiska kimi işlənmiş ət məhsulları, yüksək yağlı süd məhsulları və fast-fud qidalar ürəyin ən böyük düşmənləri sırasındadır.Statistikaya görə, dünyada hər il yüz minlərlə insan ürək tutması səbəbindən xəstəxanalara yerləşdirilir. Ekspertlər bu rəqəmləri azaltmağın və ürəyi qorumağın yolunu ilk növbədə zərərli qidaları rasiondan çıxarmaqda görürlər.Yəni, qızardılmış, şəkərli və emal olunmuş qidalar ürək sağlamlığı üçün ciddi risk yaradır. Uzun və sağlam ömür sürmək üçün belə qidalardan uzaq durmaq və düzgün qidalanmaq vacibdir.İsmayıl

Demokrat.az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
35
demokrat.az

1Источники