RU

İlhamə Quliyeva ilə qalmaqal Faiq Ağayevin toyunda BAŞLADI

Xalq artisti Nazpəri Dostəliyeva illər öncə mərhum sənətçi İlhamə Quliyeva ilə aralarında yaranan qalmaqalın səbəbi barədə ilk dəfə danışıb.

Bizim.Media xəbər verir ki, müğənni bu açıqlamaları "Zarafat bir yana" proqramında qonaq olarkən verib.

O bildirib ki, aralarındakı gərginlik uzun illər əvvəl Faiq Ağayevin toy məclisində baş verən hadisədən sonra başlayıb.
 

Sənətçinin sözlərinə görə, məclisə gec qatılıb və həmin vaxt mikrofon İlhamə Quliyevada olub. Daha sonra Faiq Ağayev mikrofonu ondan alaraq Nazpəri Dostəliyevaya verib və bu məqamdan sonra münasibətlərdə soyuqluq yaranıb.


Nazpəri Dostəliyeva qeyd edib ki, qarşı tərəf bir müddət ona qarşı efir qadağaları tətbiq etsə də, sonradan üzr istəyib.

O əlavə edib ki, həmkarı dünyasını dəyişdikdən sonra bütün inciklikləri unudub və onu bağışlayıb.

Müğənni vurğulayıb ki, heç vaxt mərhum sənətçi haqqında mənfi fikirlər səsləndirməyib və bu məsələdə hökmün yalnız Allaha aid olduğunu düşünür. (Milli.az)

Bizim.Media

Избранный
5
1
bizim.media

2Источники