
Çinin Hunan əyalətində fişəng fabrikində partlayış baş verib.
Yeniavaz.com xəbər verir ki, dövlət mediasının məlumatına görə, partlayış nəticəsində 21 nəfər ölüb, 61 nəfər yaralanıb.
Bildirilir ki, hadisə nəticəsində xilasedicilər zavoddan 3 km radiusda olan hər kəsi təxliyə ediblər.
“Səlahiyyətlilər axtarış-xilasetmə əməliyyatları aparmaq və yaralılara tibbi yardım göstərmək üçün təxminən 500 nəfəri səfərbər edib. Dağıntılar altında qalanları tapmaq üçün isə robotlardan istifadə edilib”, - BBC yazır.
Çin dövlət mediasının verdiyi məlumata görə, partlayışın səbəbini araşdıran polis, fişəng şirkətinin məsul şəxsinə qarşı nəzarət tədbirləri görüb.