RU

AFFA Premyer Liqada komanda sayını artırmaq istəyir – Amma…

Növbəti mövsüm Premyer Liqada komanda sayının artırılıb-artılmayacağı bir müddətdir müzakirə mövzusudur. AFFA-nın İcraiyyə Komitəsinin növbəti iclasında bu məsələ müzakirəyə çıxarılacaq.

Federasiya rəhbərliyi elitada komanda sayının artırılmasına qarşı deyil. Bu məsələ həmişə rəhbərliyin gündəmindədir. Ancaq hazırkı vəziyyət komanda sayının artılması üçün uyğun deyil.

Düzdü, bu məsələ İK toplantısında müzakirə ediləcək, amma növbəti mövsüm üçün belə bir qərar verilməyəcək. Çünki I Liqa klublarının infrastruktur və stadion problemi elitada say artımına ciddi əngəldir.

Bu səbəbdən də AFFA bu məsələdə tələsməyəcək. Ən azı iki mövsüm Premyer Liqada 12 komanda mübarizə aparacaq.

Yalnız bundan sonra aşağı liqada olan klubların durumlarına görə qərar dəyişə bilər. Növbəti mövsüm üçün isə konkret olaraq APL-də komanda sayı artırılmayacaq.

İdmanxeber.az 

Избранный
26
idmanxeber.az

1Источники