RU

Bakıda harada yoqa, pilates və dartınma ilə məşğul olmaq olar? - yenibaşlayanlar üçün icmal - VİDEO

Son illərdə yoqa, pilates və dartınmaya maraq əhəmiyyətli dərəcədə artıb -  bu, sadəcə bir trend deyil, sağlamlıq və həyat keyfiyyətinə yönəlmiş şüurlu seçimdir. Bunun səbəbi onların orqanizmə və ümumi həyat keyfiyyətinə təsirini təsdiqləyən elmi məlumatların artmasıdır. Bu praktika əlçatan olaraq qalır və müntəzəm məşqlərdən cəmi bir neçə həftə sonra nəzərəçarpan nəticələr verir.

Yoqa orqanizmin bir neçə sisteminə eyni vaxtda təsir edir. Harvard Tibb İnstitutunun (Harvard Medical School)  məlumatlarına görə, müntəzəm məşqlər gücü, dözümlülüyü və elastikliyi artırır, həmçinin ürək-damar sisteminin fəaliyyətini yaxşılaşdırır. İlkin nəticələr artıq 6-8 həftə ərzində müşahidə olunur.

Ayrı bir tədqiqat silsiləsi yoqanın stressə təsirinə həsr olunub. Nəfəs və diqqət konsentrasiyası praktikaları kortizol səviyyəsinin azalmasına kömək edir və bədənin davamlı yüklənmələrə adaptasiyasını asanlaşdırır. Nəticə etibarı ilə,bu ümumi əhval-ruhiyyəyə və enerji səviyyəsində özünü büruzə verir.

Pilatesdə əsas diqqət  hərəkətlərin nəzarəti və dərin əzələlərin möhkəmləndirilməsinə yönəlib. O, reabilitasiya proqramlarında və bel problemləri ilə bağlı müalicələr zamanı geniş istifadə olunur. Müntəzəm məşqlər bədənin duruşunu yaxşılaşdırır, gövdə sabitliyini artırır və süstlük və yorğunluq hissini azaldır. Eyni zamanda psixoemosional vəziyyətə də müsbət təsir qeydə alınır.

Dartınma bütün fiziki aktivlik növləri üçün baza formalaşdırır. O, hərəkət amplitudasını artırır, əzələlərin elastikliyini yaxşılaşdırır və gündəlik hərəkətlərin yerinə yetirilməsini asanlaşdırır. Hətta qısa məşq kompleksləri  belə gərginliyi azaldır və bədən üzərində nəzarəti gücləndirir.

Bundan əlavə, studiya daha bir istiqamətin - Zumbanın təqdimatına hazırlaşır. Bu, Latın Amerikası və dünya rəqslərinin sadə hərəkətlərinə əsaslanan, tamdəyərli kardio-məşq forması olan rəqs-fitnes proqramıdır. Məşq zamanı bütün bədən işləyir, nəbz yüksəlir, ürək-damar sisteminin fəaliyyəti yaxşılaşır və xeyli kalori yandırılır. Format elə qurulub ki, hərəkətlər asan yadda qalır və əvvəlcədən hazırlıq tələb etmir, buna görə də yeni başlayanlar üçün də tam münasibdir. Belə yanaşma fiziki yüklənmə ilə  emosional rahatlamanı vəhdət halına gətirir və məşqlərə dinamika və rəngarənglik qatır.

Bu məşqlərdən əldə olunan effekt elastikliyin artması, əzələlərin möhkəmlənməsi, tənəffüsün normallaşması və stressin azalması ilə özünü büruzə verir. Orqanizm yüklənmələrə daha asan uyğunlaşır, hərəkətlər daha sərbəst və dəqiq olur. Burada müntəzəmlik mühüm rol oynayır. Günə cəmi 10-20 dəqiqə  vaxt ayırmaq belə, əhval-ruhiyyədə, enerji səviyyəsində və bədənin ümumi vəziyyətində dəyişikliklər hiss etməyə kifayət edir.

Azərbaycanda da bu tendensiya sürətlə yayılır. Bakıda ixtisaslaşmış studiyalar açılır, qrup məşqləri, fərdi proqramlar və onlayn sessiyalar daxil olmaqla müxtəlif formatlar şəklində  genişlənir. Marağın artdığını sosial şəbəkələrdəki aktivlikdən də sezmək olur: daha çox insan öz nəticələrini və şəxsi təcrübəsini paylaşır, bu isə tədricən bu cür fiziki aktivliklərə davamlı vərdiş formalaşdırır.

Diqqətəlayiq belə məkanlardan biri "Flex Fox" studiyasıdır. Burada dartınma, pilates və funksional məşqlər üzrə dərslər təklif olunur, əsas diqqət isə elastikliyin tədricən inkişafına, əzələlərin gücləndirilməsinə və rahat tempdə bədənlə işə  yönəlib. Komandada peşəkar məşqçilər, o cümlədən keçmiş gimnastlar fəaliyyət göstərir ki, bu da yüksək səviyyəli hazırlıq və texnika nəzarətini təmin edir.

Studiyada müntəzəm məşq vərdişi formalaşdırılır və müxtəlif hazırlıq səviyyəsinə malik insanlar üçün əlçatan şərait yaradılır.

Formatla tanış olmaq və uyğun istiqaməti seçmək asan olsun deyə, ilk məşqə pulsuz (0 AZN) qatılmaq mümkündür . Yoqa, pilates və ya dartınma  -  sadəcə sizə uyğun olanı seçin.

Məşq paketləri ilə ətraflı burada tanış olmaq olar. Qrup məşqlərində endirimlər tətbiq olunur. Studiya Bakının mərkəzində -  Xaqani metrosunun yaxınlığında yerləşir. Dəqiq ünvanla bu linkdən tanış ola bilərsiniz.

Əgər bunu uzun müddət təxirə salmısınızsa, indi başlamaq üçün ən münasib vaxtdır. Bir gün seçin, bir saat ayırın və "Flex Fox"a baş çəkin. Burada siz sadəcə məşq deyil, texnikanın düzgün qurulmasına və yüklənmənin tənzimlənməsinə kömək edən məşqçilərin nəzarəti altında bədən üzərində kompleks işə nail olacaqsınız.

Məşq formatı dəyişiklikləri daha tez hiss etməyə imkan verir: hərəkətlər yüngülləşir, ümumi əhval-ruhiyyə yaxşılaşır və məşqlər  isə komfortlu və  motivasiyaedici  mühitdə keçir. Məhz bu cür şərait prosesi başlanğıcda  yarımçıq qoymamağa və nəticələri daha da yaxşılaşdırmağa vəsilə olur.

Əgər başlamağı uzun müddət planlaşdırırdınızsa  - indi  əsil zamanıdır. İlk addım artıq əlçatandır və bu pulsuzdur. Qalanını isə ilk məşqlərdən sonra özünüz hiss edəcəksiniz.

Избранный
14
1
day.az

2Источники