ABŞ paytaxtında Ağ Evin yaxınlığında atışma baş verib. Hadisə ABŞ prezidenti Donald Trampın çıxışı zamanı qeydə alınıb. Məlumata görə, bir nəfər yaralanıb. ABŞ Məxfi Xidməti bildirir ki, yaralı şəxsə hüquq-mühafizə orqanı əməkdaşı tərəfindən atəş açılıb. Hadisədən sonra jurnalistlər təhlükəsizlik məqsədilə brifinq otağına təxliyə edilib. Yaralının vəziyyəti ilə bağlı hələlik dəqiq məlumat verilməyib. Mətləb