RU

Yüksək vəzifəyə təyin olunan Nərgiz Şərifova kimdir? – DOSYE

Xəbər verdiyimiz kimi, Şərifova Nərgiz Talıb qızı Bakı Baş Səhiyyə Mərkəzinə direktor müavini təyin edilib.

Bizim.Media yeni direktor müavininin dosyesini təqdim edir:

Şərifova Nərgiz Talıb qızı 1997-ci ildə Bakı şəhər 25 saylı orta məktəbi bitirib. 1997-2003-ci illərdə Azərbaycan Tibb Universitetinin Pediatriya fakültəsində təhsil alıb.

02.01.2002-ci ildən 01.05.2003-cü ilədək Bakı şəhər M.Nağıyev adına RTTYX-nın RİTŞ-də tibb bacısı vəzifəsində çalışmışdır.
 

N.Şərifova 2003-2004-cü illərdə Azərbaycan Tibb Universitetində həkim-pediatr ixtisası üzrə internaturanı tamamlayıb. 2004-2016-cı illərdə K.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun Anesteziologiya, reanimasiya və intensiv terapiya şöbəsində həkim, daha sonra şöbə müdiri vəzifələrində çalışıb.


2016-2020-ci illərdə Səhiyyə Nazirliyinin Tibbi yardımın təşkili şöbəsinin müdir müavini, 2020-2022-ci illərdə Qadın, ana, uşaq və yeniyetmələrin sağlamlığının qorunması sektorunun müdiri olaraq fəaliyyət göstərib.

2023-cü ildən hazırkı təyinatınadək Azərbaycan Tibb Universitetinin (ATU) I uşaq xəstəlikləri kafedrasının assistenti, ATU Tədris Cərrahiyyə Klinikasının Yenidoğulmuşların intensiv terapiyası şöbəsində həkim-neonatoloq vəzifəsində çalışıb.

N.Şərifova 1-ci dərəcə dövlət qulluqçusudur.

Bizim.Media

Избранный
5
18
bizim.media

10Источники