RU

WUF13 zamanı nəqliyyat əməliyyatları beş əsas istiqamət üzrə təşkil olunacaq

Son statistikaya əsasən, 176 ölkədən 26 mindən çox iştirakçı Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasında (WUF13) iştirak etmək üçün qeydiyyatdan keçib və bu göstərici nəqliyyatın yüksək səviyyədə təşkilini zəruri edir.

“İki sahil” xəbər verir ki, bunu WUF13 tarixlərində nəqliyyatın idarə olunması planının təqdimatına dair keçirilən brifinqdə WUF13 Azərbaycan Əməliyyat Şirkətinin nəqliyyat şöbəsinin müdiri Vüqar Aslanov deyib.

O bildirib ki, belə iri beynəlxalq tədbirin uğuru ilk növbədə nəqliyyat əməliyyatlarının fasiləsiz, səmərəli və təhlükəsiz şəkildə təmin edilməsindən asılıdır.

“Nəqliyyat əməliyyatları beş əsas istiqamət üzrə təşkil olunacaq. Bunlara Nəqliyyat Koordinasiya Mərkəzinin 24 saat fasiləsiz fəaliyyəti və bütün nəqliyyat vasitələrinin GPS sistemi vasitəsilə izlənməsi, hava limanı ilə tədbir məkanını birləşdirən qrafikli avtobus sisteminin təşkili, yol hərəkətinin idarə olunması və tənzimlənməsi, rəsmi və yüksək səviyyəli qonaqlar üçün xüsusi nəqliyyat planının hazırlanması, eləcə də şəhər üzrə müvəqqəti nəqliyyat mübadilə mərkəzlərinin yaradılması və aydın nişanlanma sisteminin qurulması daxildir”, - deyə Vüqar Aslanov qeyd edib.

Избранный
14
2
ikisahil.az

3Источники