RU

Avropa Siyasi Birliyi mühüm siyasi platformadır

"Avropa Siyasi Birliyi qitənin ölkələri arasında siyasi əlaqələndirmə platformasıdır. Birliyin məqsədi ümumi maraq doğuran məsələlərin həlli üçün siyasi dialoqu və əməkdaşlığı inkişaf etdirmək, Avropa qitəsinin təhlükəsizliyini, sabitliyini və rifahını gücləndirməkdir. Zirvə toplantıları Avropa ölkələrinin liderlərini bərabərhüquqlu və birlik ruhunda bir araya gətirir”.

Publika.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Samir Vəliyev deyib.

Deputat bildirib ki, sammitlər çərçivəsində liderlər müxtəlif fikir mübadilələri zamanı sülh və təhlükəsizlik, iqtisadi vəziyyət, enerji və iqlim, miqrasiya və hərəkətlilik məsələlərini, aktual qlobal çağırışları müzakirə edirlər.

“Avropa Siyasi Birliyi”nin ilk Zirvə görüşü 2022-ci ilin oktyabrında 44 ölkənin dövlət və hökumət başçısının iştirakı ilə Çexiyanın paytaxtı Praqada keçirilib. Zirvə görüşlərinin gündəliyi çox vacib, qlobal əhəmiyyət daşıyan məsələləri əhatə edir.

Azərbaycan Prezidenti İlham Əliyevin Zirvə görüşlərində fəal iştirak etdiyini deyən millət vəkilinin sözlərinə görə, Avropa İttifaqının üzvü olmayan Azərbaycanın dövlət başçısının “Avropa Siyasi Birliyi”nin sammitlərinə dəvət alması ölkəmizin dünyada artan nüfuzunun göstəricisidir. “Nəzərə alaq ki, Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında artan rolu beynəlxalq miqyasda yüksək qiymətləndirlir. Birmənalı şəkildə deyə bilərik ki, burada Prezident İlham Əliyevin fəaliyyəti və liderlik keyfiyyətləri həlledici rol oynayır. Azərbaycanın dövlət başçısının fəaliyyətində qlobal əməkdaşlığın və həmrəyliyi gücləndirilməsi xətti xüsusi yer tutur ki, bu da beynəlxalq birlik tərəfindən təqdirlə qarşılanır. Azərbaycan Prezidenti “Avropa Siyasi Birliyi”nin Zirvə görüşlərinə qatıılmaqla ölkəmizin həqiqətlərini dünya ictimaiyyətinin diqqətinə çatdırır”,-deyə Samir Vəliyev vurğulayıb.

Избранный
11
2
publika.az

2Источники