RU

“İranlılar qapalı qapılar arxasında başqa cür davranırlar” - Donald Tramp

“İran nümayəndələri danışıqlar zamanı mediada və ictimai çıxışlarda istifadə etdikləri ritorikadan fərqli şəkildə davranırlar”.

Missiya.Az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp siyasi şərhçi Hyu Hevitə müsahibəsində deyib.

Onun sözlərinə görə, qapalı qapılar arxasında aparılan danışıqlarda Tehran nümayəndələrinin tonu və yanaşması açıq bəyanatlardan kəskin şəkildə fərqlənir.

Tramp, habelə, İran liderlərinə qarşı mümkün addımlar barədə suala cavab verərək “nə olacağını görəcəyik” ifadəsini işlədib.

Tramp müsahibəsində İran rəsmilərinin razılaşma istədikləri, eyni zamanda bunu inkar etdiklərini xüsusilə vurğulayıb.

Tramp həmçinin hazırda İranın heç bir hərbi imkanının olmadığını da açıqlayıb.

Daşqın HəsənovMissiya.Az

Избранный
29
1
missiya.az

2Источники