RU

Makron oxudu, Paşinyan baraban çaldı – GÜNDƏM OLAN VİDEO

Ermənistanın paytaxtı İrəvan şəhərində keçirilən Avropa Siyasi Birliyinin 8-ci Zirvəsi təkcə siyasi müzakirələrlə deyil, həm də diqqətçəkən səhnə anları ilə yadda qalıb.

Musavat.com xəbər verir ki, Zirvə çərçivəsində təşkil olunan rəsmi şam yeməyində Fransa Prezidenti Emmanuel Makron səhnəyə çıxaraq erməni-fransız sənətçi Şarl Aznavurun məşhur “La Bohème” əsərini ifa edib.

Onun çıxışı zamanı Ermənistanın Baş naziri Nikol Paşinyan baraban çalaraq Makronu müşayiət edib.

Qeyri-rəsmi səhnə performansı tədbirin ən yaddaqalan anlarından birinə çevrilib. Sosial mediada sürətlə yayılan görüntülər diplomatik tədbirin klassik çərçivəsindən kənara çıxan bu anları geniş müzakirə mövzusuna çevirib.

Qeyd edək ki, Avropa Siyasi Birliyinin 8-ci Zirvəsi “Gələcəyin qurulması: Avropada birlik və sabitlik” mövzusu altında keçirilib. Tədbirdə 27 Avropa İttifaqı ölkəsinin liderləri ilə yanaşı, digər tərəfdaş ölkələrin nümayəndələri də iştirak ediblər. Türkiyəni isə zirvədə vitse-prezident Cevdet Yılmaz təmsil edib ki, bu da Ankaradan İrəvana bu səviyyədə ilk səfər kimi qeyd olunur.

Избранный
19
46
musavat.com

10Источники