RU

Anar Bayramov keçmiş köməkçisinə TƏBİB də vəzifə verdi FOTO

Unikal.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyində yeni təyinat olub.

"Unikal"ın əldə etdiyi məlumata görə, bununla bağlı TƏBİB-in İcraçı direktoru Anar Bayramov əmr imzalayıb.

Əmrə əsasən, Gülməmmədov Sahib Azər oğlu TƏBİB Katibliyinin rəhbəri təyin edilib.

S.Gülməmmədov bu vəzifəyədək Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin İdarə Heyəti sədrinin köməkçisi idi.

Qeyd edək ki, Sahib Gülməmmədov 2023-cü ildə Anar Bayramov Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin İdarə Heyəti sədri olduğu zaman köməkçi təyin edilmişdi.

Anar Kəlbiyev

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
26
19
unikal.az

10Источники