"Onun böyük ürəyi var idi, olduqca həssas qəlbli idi. Məndən fərqli olaraq bütün ağrıları daxilində çəkirdi. Nə atasına, nə anasına, nə ailəsinə danışırdı. Ancaq mənə danışırdı".
Publika.az xəbər verir ki, bu sözləri Əməkdar artist Tahir İmanov "Söhbət var" proqramında ötən il sentyabrda qəfil ürəktutmadan dünyasını dəyişən qardaşı, Əməkdar artist Cabir İmanovdan danışarkən deyib.
O bildirib ki, C.İmanov ölümünü əvvəldən hiss edib:
"Gecə zəng vurdu ki, işdən əvvəl görüşək, dərdləşək. Ölümünə 1 həftə qalmış Şuşaya getdik. Bəstəkar Süleyman Ələsgərovla bağlı 3 ildir film çəkirik. Zəng vurdu ki, Şuşa çəkilişini nə vaxta salırsan? Cavab verdim, oktyabrda. Qayıtdı ki, əvvələ sal, qorxuram sonra çatdırmaram. Ömrünün sonunu hiss edirdi.