RU

Britni Spirs barəsində gözlənilməz hökm Reabilitasiya məcburi oldu

ain.az, Demokrat.az portalına istinadən məlumatı açıqlayır.

Amerikalı pop ulduz Britney Spears sərxoş halda avtomobil idarə etdiyi üçün 12 ay müddətinə şərti cəzaya məhkum edilib.Demokrat.az xəbər verir ki, qərar Ventura dairəsinin Ali Məhkəməsi tərəfindən çıxarılıb. 44 yaşlı müğənni məhkəmədə günahını etiraf etdiyi üçün real həbs cəzasından yayına bilib.Məhkəmənin hökmünə əsasən, Britney Spears 571 dollar məbləğində cərimə ödəyəcək. Ona həmçinin bir günlük həbs cəzası verilsə də, bu müddət istintaq dövründə artıq çəkilmiş hesab olunub.Bununla yanaşı, müğənniyə üç aylıq reabilitasiya kursu keçmək, hər həftə psixoloq qəbuluna getmək və ayda iki dəfə psixiatrla görüşmək öhdəliyi qoyulub. Qərara əsasən, o, zəruri hallarda nəqliyyat vasitəsinin müsadirəsinə və axtarışa razılıq verməlidir. Həmçinin dərmanları yalnız rəsmi resept əsasında saxlamalıdır.Məhkəmə iclasında ifaçı iştirak etməyib, onu vəkil Maykl Qoldşteyn təmsil edib.Demokrat.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
18
demokrat.az

1Источники