
"ABŞ-nin əvvəlki Prezidenti Co Bayden administrasiyası dövründə Kiyevə 350 milyard dollarlıq silah ötürülməsi gülünc idi”.
Missiya.Az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp deyib.
O bildirib ki, 2025-ci ilin fevralında səlahiyyət müddətimin ikinci ayında Ağ Evdə Ukrayna Prezidenti Volodimir Zelenskini tənqid etdim, çünki o bizə qarşı aqressiv davrandı.
“Bu gün Ukrayna ABŞ-nin Avropaya PURL proqramı çərçivəsində satdığı silahlar sayəsində mübarizəyə davam edə bilir. Ancaq buna baxmayaraq, Ukrayna hazırda ərazi itirməyə davam edir”, - deyə siyasətçi vurğulayıb.
Daşqın HəsənovMissiya.Az