RU

Qohumunun mağazasından 12 minlik qızıl oğurladı

Lent az saytından verilən məlumata görə, ain.az xəbər verir.

Neftçalada qızıl mağazalarının birindən oğurluq edən əvvəllər məhkum olunmuş 33 yaşlı Ağaverdi Ağaşov saxlanılıb.

DİN mətbuat xidmətinin Şirvan regional qrupundan Lent.az-a verilən xəbərə görə, araşdırmalar zamanı adıçəkilən şəxsin qohumuna məxsus mağazadan 12500 manat dəyərində qızıl-zinət əşyaları oğurladığı müəyyən edilib.

Faktla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
18
5
lent.az

10Источники