RU

Kompüter arxasında uzun müddət işləmək astma riskini artıra bilər

Bizim media portalından verilən məlumata əsasən, ain.az bildirir.

Ofis işinin daha bir mənfi tərəfi məlum olub. Həkimlər xəbərdarlıq edirlər ki, kompüter arxasında uzun müddət işləmək bəzi insanlarda astma riskini artıra bilər.Bizim.Media xəbər verir ki, mütəxəssislərin sözlərinə görə, prosessorun ayrı-ayrı hissələrində və klaviaturada toplanan toz sağlam insan üçün birbaşa ciddi təhlükə yaratmır.Lakin tənəffüs sistemi ilə bağlı problemi olan, xarici qıcıqlandırıcılara qarşı həssaslığı yüksək şəxslərdə bu amil astmanın inkişaf ehtimalını artıra bilər.Həkimlər bildirirlər ki, astma müxtəlif mənbələrə qarşı həssaslaşma mexanizmləri ilə bağlı ola bilər. Belə mənbələrdən biri də toz gənələridir.

 

“Əgər insanda artıq ağciyərlə bağlı problem varsa və immun sistemi qıcıqlandırıcılara reaksiya verirsə, kompüter arxasında uzun müddət işləmək vəziyyətin kəskinləşməsinə səbəb ola bilər”, - deyə mütəxəssislər qeyd ediblər.

Onların sözlərinə görə, uzun müddət kompüter arxasında işləyən xroniki obstruktiv ağciyər xəstəliyi olan insanlarda da astma riskinin artması mümkündür.Mütəxəssislər iş yerində mütəmadi təmizlik aparmağı, klaviatura və kompüter avadanlığını tozdan təmiz saxlamağı, otağın havasını dəyişməyi və tənəffüs problemi olan şəxslərin həkim nəzarətində olmasını tövsiyə edirlər.Bizim.Media

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
3
1
bizim.media

2Источники