RU

“Sənin nə ixtiyarın var mənim maaşımı deyəsən?” Keçmiş hakimdən ETİRAZ

ain.az, Yenisabah portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

“Mənim 43 il iş stajım var, 14 il 4 ay 13 gün hakim işləmişəm. Lakin bir neçə aya görə hakimlik pensiyasını ala bilmirəm. Bildirilir ki, bunun üçün 15 il hakim işləməli idin”.

“Yeni Sabah” xəbər verir ki, bunu Bakı Ağır Cinayətlər Məhkəməsinin keçmiş hakimi Azad Məcidov “Kazusmedia” “YouTube” platformasına müsahibəsində deyib.

Onun sözlərinə görə, məsələ ilə bağlı məhkəməyə müraciət edib və qanunamüvafiq araşdırma aparılır.

Keçmiş hakim pensiyası ilə bağlı sosial şəbəkələrdə yazılanlara etiraz edib:

“Görürsən ki, sosial şəbəkələrdə “Hakim Azad Məcidov üçün filan məbləğ azlıq elədi” yazırlar. Birincisi sənin nə ixtiyarın var ki, mənim maaşımı deyəsən. İkincisi, mən uzun illər istintaq orqanlarında çalışmışam, ağır işlər aparmışam. Gecələr, sutqalarla işləmişəm. Rayonlarda aylarla qalmışam, çətin şəraitdə çalşmışam”.

Qeyd edək ki, A.Məcidov 1960-cı ildə anadan olub. O, 30 ilə yaxın Daxili İşlər Nazirliyinin istintaq orqanlarında və Milli Təhlükəsizlik Nazirliyində (hazırda ləğv edilib) çalışıb, rütbəcə polkovnikdir. 2011-2025-ci illərdə isə Bakı Ağır Cinayətlər Məhkəməsində hakim işləyib. Təqaüdə çıxdıqdan sonra A.Məcidova 4 881 manat pensiya təyin edilib. Lakin bu zaman onun hakimlik fəaliyyəti nəzərə alınmayıb. Keçmiş hakim bu məbləğdə pensiya ilə razı deyil.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
14
2
yenisabah.az

3Источники