RU

Mayın 6 na olan hava proqnozu

Bizimyol saytından alınan məlumata görə, ain.az bildirir.

Mayın 6-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və səhər bəzi yerlərdə yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Mülayim şimal-şərq küləyi əsəcək.

Bizimyol.info xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, havanın temperaturu gecə 11-14° isti, gündüz 15-19° isti olacaq.

Atmosfer təzyiqi 759 mm civə sütunundan 762 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə 70-80%, gündüz 60-65% təşkil edəcək.

Sabah Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv və güclü olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Axşam əksər rayonlarda yağıntılarda fasilə olacaq. Ayrı-ayrı yerlərdə arabir duman olacaq. Mülayim qərb küləyi bəzi yerlərdə arabirgüclənəcək.

Havanın temperaturu gecə 9-13° isti, gündüz 15-20° isti, dağlarda gecə 2-7° isti, gündüz 8-13°, bəzi yerlərdə 15-18° isti olacaq.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
24
49
bizimyol.info

10Источники