RU

Yuxuda niyə danışırıq– Bu təhlükəlidirmi?


Elə bir insan yoxdur ki, həyatı boyu yuxuda danışmasın və ya bunun şahidi olmasın. Biz o sözləri, söhbətləri kiminlə və niyə edirik?

Medicina.az xəbər verir ki, Britaniyalı yuxu mütəxəssisi Tereza Şnorbaxın sözlərinə görə, hər üç nəfərdən təxminən ikisi yuxuda öz-özünə mızıldanır və ya danışır.


"Yuxuda danışmaq əslində adətən tibbi problem hesab edilməyən ümumi bir fenomendir”.

Həkim qeyd etdi ki, yuxuda danışmaq meyli somniloquy - parasomniya növü və ya anormal yuxu fəaliyyəti kimi tanınır. Yuxu danışığı həm REM, həm də NREM yuxusu zamanı baş verə bilər və çətinliklə eşidilən, qısa mızıldanmalardan tutmuş tam nitq müzakirələrinə qədər dəyişir. Belə danışıq adətən zərərsizdir, lakin bəzən ciddi yuxu pozğunluğuna və sağlamlıq probleminə işarə edə bilər:

"Yuxu danışığının mənşəyi tədqiqatçılar arasında mübahisə mənbəyi olaraq qalır - bu, yatan şəxsin həyatındakı son hadisələr və ya yuxuda gördükləri əlaqəli ola bilər".


Yuxu mütəxəssisinin sözlərinə görə, bu, stress, yuxu çatışmazlığı, spirtli içki qəbulu və ya əlverişsiz yuxu mühiti, məsələn, uyğun olmayan temperatur və ya otağa çoxlu işıq düşməsindən də tətiklənir.

Mütəxəssis məsləhət görür: əgər yuxu danışığı yetkinlik yaşında qəfildən başlayırsa və ya əhəmiyyətli narahatlıq, qışqırıq, gecə qorxuları və ya yataq islatması ilə müşayiət olunursa, bu barədə həkimlə müzakirə olunmalıdır.

Aygün Musayeva


Избранный
22
1
medicina.az

2Источники