RU

Bakı ilə sülh sazişindən sonra bu sənədlər imzalanmalıdır

ain.az, Axar.az portalına istinadən məlumat yayır.

Ermənistanın Baş naziri Nikol Paşinyan hesab edir ki, Azərbaycanla ikitərəfli münasibətlərin qurulması üzrə işlər sülh sazişinin imzalanması ilə başa çatmayacaq - ölkələr sahəvi əməkdaşlığa dair sənədlər imzalamalıdır.

Axar.az Report-a istinadla xəbər verir ki, o bu barədə İrəvanda keçirilən Ermənistan-Avropa Birliyi (AB) sammitinin yekunları üzrə AB Şurasının prezidenti Antonio Koşta və Avropa Komissiyasının sədri Ursula fon der Leyen ilə birgə bəyanatla çıxış edərkən bildirib.

"Sülh sazişinin imzalanması və ratifikasiyası işin başa çatması demək deyil. Əksinə, artıq saziş layihəsinin mətnindən aydın olur ki, onun imzalanmasından sonra yeni razılaşmaların, o cümlədən sahəvi əməkdaşlıqla bağlı müqavilələrin bağlanması tələb olunacaq. Məsələn, nəqliyyat sahəsində biz artıq bu gün hər hansı ayrıca saziş olmadan əməkdaşlıq edirik. Əlbəttə ki, yolları bir-birimiz üçün tam açmağımız, o cümlədən Türkiyə ilə sərhədin açılması son dərəcə vacibdir. Bunun baş verəcəyinə isə mənim heç bir şübhəm yoxdur", - o bildirib.

N.Paşinyan qeyd edib ki, kommunikasiyaların tam açılması insanların və yüklərin sərbəst hərəkəti, eləcə də ticarətin inkişafı baxımından vacibdir.

Eyni zamanda, onun sözlərinə görə, əməkdaşlığın əsas prinsipi ərazi bütövlüyünə və suverenliyə qarşılıqlı hörmətlə maneəsiz nəqliyyat əlaqəsi olmalıdır.

O, həmçinin qeyd edib ki, müvafiq yanaşmalar artıq hökumətlər arasında üçtərəfli razılaşmalarda öz əksini tapıb və 2025-ci ilin avqustunda Vaşinqtonda keçirilmiş sammiti xatırladıb: "Onu da demək istəyirəm ki, bu sahədə böyük potensial var və mənim fikrimcə, bu artıq reallaşma mərhələsindədir".

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
11
1
axar.az

2Источники