Türkiyə çempionatında çıxış edən ''Gənclərbirliyi''ndən yenə istefa xəbəri var.
Rəhbərliyin qərarı ilə baş məşqçi Volkan Dəmirəl ilə yollar ayrılıb. ''Gənclər'' son turda paytaxt derbisində ''Fatih Karagümrük''ə minimal hesabla uduzaraq sona 2 tur qalmış düşmə zonasına gerilədi. Bu da rəhbərliyin səbr kasasını daşırdı.
Ankara təmsilçisi bu məşqçinin ikinci dönəmində 8 superliqa matçından 1 qələbə, 1 heç-heçə, 6 məğlubiyyətlə ayrılmış oldu. ''Gənclər'' bu müddətdə ən mühüm qələbəsini Türkiyə kubokunun 1/4 finalında səfərdə ''Qalatasaray'' üzərində qazanaraq (2:0) yarımfinala yüksəldi. Növbəti həftə bu kollektiv yarımfinalda ''Trabzonspor''la qarşılaşacaq. Bu, cari mövsümdə Volkan Dəmirəlin ''Gənclərbirliyi''nin başında ikinci dönəmi idi. İlk dövrənin gedişində də bu mütəxəssis oktyabrın 28-də gəlmiş, 6 oyunda komandanın başında yer almış və dekabrın 7-də öz istəyi ilə ayrılmışdı. Dəmirəldən başqa bu mövsüm ankaralıları Hüseyin Eroğlu, Mətin Diyadin və Ləvənt Şahin də çalışdırıb.
Yeri gəlmişkən, bu istefa ilə birlikdə Volkan Dəmirəl maraqlı bir ilkə imza atdı. O, Türkiyə çempionatı tarixində mövsümə başlamadığı bir klubda iki fərqli dönəmdə işləyib mövsümü başa vura bilməyən ilk məşqçi oldu!
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта