RU

Təyyarə qəzası baş verdi - ÖLƏNLƏR VAR

Braziliyanın Belo Horizonte şəhərində kiçik həcmli təyyarə qəzası baş verib.

Musavat.com xəbər verir ki, yerli qurumların açıqlamasına görə, hadisə bazar ertəsi qeydə alınıb. Göyərtəsində 5 nəfərin olduğu təyyarə üçmərtəbəli binaya çırpılıb və ciddi faciəyə səbəb olub.

Qəza zamanı pilot və köməkçi pilot hadisə yerində həyatını itirib. Yaralı halda xəstəxanaya aparılan üç sərnişindən biri sonradan dünyasını dəyişib, digər iki nəfərin müalicəsi isə davam edir.

Hadisə nəticəsində binada yaşayanlar arasında xəsarət alan olmayıb. İlkin məlumatlara əsasən, tikiliyə ciddi struktur ziyanı dəyməyib. Hazırda qəzanın hansı səbəbdən baş verdiyi araşdırılır.

Musavat.com

Избранный
14
musavat.com

1Источники