Bakı, 5 may, AZƏRTAC
Stend atıcılığı üzrə Azərbaycan millisinin üzvü Nurlana Cəfərova Qazaxıstanın Almatı şəhərində keçirilən Dünya Kubokunda finala yüksəlib.
Azərbaycan Atıcılıq Federasiyasından AZƏRTAC-a verilən məlumata görə, o, qadınlar arasında dairəvi stend növündə həlledici mərhələyə vəsiqə qazanıb.
Qeyd edək ki, turnirə mayın 11-də yekun vurulacaq.