RU

“Azərbaycanla yolları tam açmağımız vacibdir və bunun baş verəcəyinə şübhəm yoxdur” – Paşinyan


Türkiyə ilə sərhəd də daxil olmaqla, bir-birimizə yolları tam açmağımız son dərəcə vacibdir və bunun baş verəcəyinə şübhəm yoxdur.
Yeniavaz.com
“Armenpress” agentliyinə istinadla xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan Ermənistan-Avropa İttifaqı sammitinin nəticələrindən sonra Aİ Şurasının sədri Antonio Kosta və Avropa Komissiyasının sədri Ursula fon der Lyayenlə birgə bəyanatla çıxış edərkən bildirib.
O, həmçinin sülhün təsis edilməsi prosesinin vacibliyini ifadə edərək sülh müqaviləsinin imzalanması və təsdiqlənməsinin zəruriliyini bildirib, eyni zamanda hüquqi əsasların artıq mövcud olduğunu qeyd edib.
Paşinyan həmçinin qeyd edib ki, sülh prosesi artıq praktik addımlarla ifadə olunur.
“Ermənistan artıq Azərbaycan dəmir yolları vasitəsilə təxminən 26 min ton yük alıb və Ermənistan da Azərbaycandan neft məhsulları idxal etməyə başlayıb”, - deyə o bildirib.
Eyni zamanda, Ermənistan Baş naziri ictimai səviyyədə sülhün təsis edilməsinin gözləniləndən daha sürətli getdiyini qeyd edib.
O, tərəflərin sülh sazişinin imzalanmasına nail olacağına əminliyini ifadə edib, lakin bundan sonra da işlərin davam etdirilməsini tələb edəcəyini vurğulayıb.
“Sülh sazişinin imzalanması işin bitməsi demək deyil. Əksinə, müxtəlif sahələrdə bir çox yeni sazişlərin imzalanmasına ehtiyac olacaq”, - deyə o bildirib.
Paşinyan həmçinin regional əlaqələrin açılmasının və infrastruktur layihələrinin, o cümlədən TRIPP və Avropa İttifaqı ilə müzakirə edilən təşəbbüslərin əhəmiyyətini ifadə edib.
Избранный
26
4
yeniavaz.com

5Источники