RU

Makron regionda “suyu bulandırır”

Cebheinfo saytından alınan məlumata görə, ain.az bildirir.

“Fransanın Ermənistanın təhlükəsizliyinə zəmanət verən ölkəyə çevrilmək və bu ölkədə möhkəmlənmək ehtimalı inandırıcı görünmür”. 

Bunu politoloq Oqtay Qasımov “Cebheinfo.az”-a şərhində Fransa Prezidenti Emmanuel Makronun İrəvanda çıxışı zamanı Ermənistanın təhlükəsizliyi ilə bağlı səsləndirdiyi bəyanatı şərh edərkən bildirib.

Onun sözlərinə görə, Makronun bu bəyanatı kifayət qədər ciddi bir bəyanatdır.

“Nəzərə almaq lazımdır ki, bu, Ermənistanda birmənalı qarşılanmayacaq, həmçinin Kremldə ciddi narahatlıq yaradacaq. Makronun bu bəyanatını populist bir çıxış kimi dəyərləndirmək olar.

Halbuki reallıq budur ki, Fransanın, eləcə də  Avropa İttifaqının Ermənistanın təhlükəsizliyinə zəmanət vermək imkanları məhduddur. Hazırda Avropanın özünün təhlükəsizlik zəmanətlərinə ehtiyacı var. Belə bir halda İrəvanın təhlükəsizliyinə zəmanət vermək çətin görünür.

Bildirim ki, Rusiyanın Ermənistanda hərbi bazasının qalma müddəti 2044-cü ilə qədər müəyyənləşib. Moskva qalma müddəti bitməmişdən öncə bazasının çıxarılması ilə razı olmayacaq. Bu baxımdan, Makronun bəyanatı ciddi bir mesaj kimi qiymətləndirilsə də, bu, Fransanın imkanlarını aşan bir bəyanatdır. 

O ki qaldı Makronun Gümrüyə - Rusiya agenturasının və Kremlin tərəfdarlarının çox olduğu şəhərə səfərinin məqsədinə, bu, Paşinyanın sözügedən bölgədə nüfuzunu artırmaq və seçkilər ərəfəsində ona dəstək verməyə hesablanıb. 

Əlbəttə ki, Fransa çox istəyir ki, Avropa İttifaqı adı altında Ermənistanda hərbi-texniki imkanlarını artırsın və Rusiyanın yerini tutmağa çalışsın, amma rəsmi Paris buna nail ola bilərmi, bunun özü bir sualdır. Çünki Fransanın son ildə Afrikada və dənizaşarı müstəmləkələrində nüfuzu zəifləyib”.

Qeyd edək ki, Fransa Prezidenti Emmanuel Makron İrəvanda Avropa İttifaqının Siyasi Birliyinin sammitində çıxışı zamanı Ermənistanın təhlükəsizliyinə toxunub.

O bildirib ki, Ermənistanın təhlükəsizliyinin təmin edilməsində Avropanın rolunun gücləndirilməsi vacibdir.

“Minlərlə Rusiya əsgəri və sərhədçisi hələ də ölkədə qalır. Avropanın Ermənistana sərhədlərini daha müstəqil şəkildə təmin etməkdə kömək etmək üçün cəlb olunması vacibdir”, - deyə Markon qeyd edib.

Yunis Abdullayev 

“Cebheinfo.az”

 

Açar sözlər:

Makron Oqtay Qasımov

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
13
1
cebheinfo.az

2Источники