RU

Ermənistandan Rusiyaya qarşı sensasion addım

ain.az, Axar.az portalına istinadən məlumatı açıqlayır.

Xəbər verdiyimiz kimi, Ermənistanla AB arasında 44 maddəlik bəyannamə imzalanıb.

Axar.az xəbər verir ki, bəyannamənin 8-ci bəndi birbaşa Ukrayna ilə bağlıdır.

“Ukrayna ilə bağlı tərəflər böyük insan əzablarına və qlobal nəticələrə səbəb olan müharibə ilə bağlı narahatlıqlarını ifadə etdilər. Biz BMT Nizamnaməsinin və beynəlxalq hüququn prinsiplərinə əsaslanan Ukraynada hərtərəfli, ədalətli və davamlı sülhə nail olmaq üçün bütün səyləri dəstəkləyirik. AB Rusiyanın Ukraynaya qarşı təcavüzkar müharibəsi ilə bağlı prinsipial mövqeyini və Ukraynanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində müstəqilliyinə, suverenliyinə və ərazi bütövlüyünə dəstəyini bir daha təsdiqlədi”, - bəyannamədə bildirilib.

Qeyd edək ki, bu, Avropa Siyasi Birliyinin 8-ci sammitinin İrəvanda keçirilməsinin ardınca Ermənistanın Rusiyaya qarşı sensasion addımı kimi qiymətləndirilir. Bəyannamədə AB ilə iqtisadi əlaqələrin genişlənməsi, viza sadələşdirilməsi, nəqliyyat və enerji təhlükəsizliyi əlaqələrinin inkişaf etdirilməsi əksini tapıb və bu, Rusiyanın rəhbərlik etdiyi Avrasiya İqtisadi İttifaqının üzvü olan Ermənistana Moskvanın növbəti iradına səbəb olacaq.

Ancaq Ukrayna ilə bağlı bu bəndin Ermənistan-AB bəyannaməsində yer alması Rusiyaya qarşı cəbhədə yer almaq deməkdir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
4
2
axar.az

3Источники