RU

Azərbaycan Türk Qadınlar Birliyinin 30 illiyi qeyd olunub

Azərbaycan Türk Qadınlar Birliyinin 30 illik fəaliyyətinə həsr olunan yubiley tədbiri keçirilib. QHT.az xəbər verir ki, tədbirdə çıxış edən Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin İdarə Heyətinin sədri Aygün Əliyeva təşkilatın keçdiyi şərəfli yolu və ictimai fəaliyyətini yüksək qiymətləndirib.

"30 il ərzində təbliğ etdiyiniz, ictimai fəaliyyətdə olan hər bir qadının yaşadığı incə mətləbləri həssaslıqla qoruduğunuz üçün sizi təbrik edirəm. Sizi bu 30 illik fəaliyyətinizdə qazandığınız uğurlara və ictimai nüfuzunuza görə təbrik edirəm.

Sizi rəhbərlik etdiyiniz qeyri-hökumət təşkilatının rəhbəri kimi çox aktiv fəaliyyətinizə görə təbrik edirəm və videoda nümayiş olunan, Qərbi Azərbaycan ideallarını təbliğ etdiyiniz, İspaniya və Türkiyədə həyata keçirdiyiniz uğurlu çoxsaylı layihələrinizə görə minnətdarlığımı bildirirəm.

Bu gün Azərbaycan qeyri-hökumət təşkilatları doğrudan da nümunəvi fəaliyyət göstərir və ölkənin birinci xanımı Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun timsalında ictimai birliklər mühüm rol oynayır.”

Tədbirdə qeyd olunub ki, Azərbaycan Türk Qadınlar Birliyinin 30 illik fəaliyyəti ölkədə qadın hərəkatının inkişafına, ictimai fəallığın artmasına və beynəlxalq layihələrin həyata keçirilməsinə mühüm töhfələr verib.

Azərbaycan Türk Qadınlar Birliyinin 30 illiyi münasibətilə yubiley tədbiri keçirilib

Azərbaycan Türk Qadınlar Birliyinin 30 illik şərəfli fəaliyyətinə həsr olunmuş yubiley tədbiri münasibətilə səmimi təbriklər çatdırılıb. Tədbirdə təşkilatın fəaliyyəti, qadınların cəmiyyətdə rolunun gücləndirilməsi və milli-mənəvi dəyərlərin qorunması istiqamətində görülən işlər yüksək qiymətləndirilib.

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin İdarə Heyətinin sədri Aygün Əliyeva çıxış edərək Azərbaycan Türk Qadınlar Birliyinin sədri, millət vəkili Tənzilə Rüstəmxanlını və təşkilat ətrafında birləşən komandanı təbrik edib, onların uzunmüddətli fəaliyyətini yüksək dəyərləndirib.

“Azərbaycan Türk Qadınlar Birliyinin 30 illik şərəfli fəaliyyətinin münasibətilə təşkil olunan bu möhtəşəm yubiley tədbiri münasibətilə səmimi təbriklərimizi çatdırırıq. Millət vəkilimiz, uzaqgörən və dəyərli rəhbər, Azərbaycan adının gücünü və ləyaqətini öz timsalında yaşadan hörmətli Tənzilə Rüstəmxanlını dərin ehtiramla təbrik edirik. Onun ətrafında birləşən peşəkar və fədakar komandaya da xüsusi minnətdarlığımızı və xoş arzularımızı bildiririk.

İl ərzində həyata keçirilən məqsədyönlü fəaliyyət, milli-mənəvi dəyərlərin qorunması və qadınların cəmiyyətdə layiqli yerinin daha da möhkəmləndirilməsi istiqamətində atılan addımlar bu təşkilatın nüfuzunu daha da yüksəldib. Arzu edirik ki, bu şərəfli yol bundan sonra da davam etsin, yeni zirvələr və uğurlarla yadda qalsın.

Otuz il ərzində təbliğ etdiyiniz, ictimai fəaliyyətdə olan hər bir qadının yaşadığı incə mətləbləri həssaslıqla qoruduğunuz üçün sizi təbrik edirəm. Sizi bu otuz illik fəaliyyətinizdə qazandığınız uğurlara və ictimai nüfuzunuza görə təbrik edirəm.

Sizi rəhbərlik etdiyiniz qeyri-hökumət təşkilatının rəhbəri kimi çox aktiv fəaliyyətinizə görə təbrik edirəm və videoda nümayiş olunan, Qərbi Azərbaycan ideallarını təbliğ etdiyiniz, İspaniya və Türkiyədə həyata keçirdiyiniz uğurlu çoxsaylı layihələrinizə görə minnətdarlığımı bildirirəm.

Bu gün Azərbaycan qeyri-hökumət təşkilatları doğrudan da nümunəvi fəaliyyət göstərir və ölkənin birinci xanımı Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun timsalında ictimai birliklər mühüm rol oynayır.”

Tədbirdə qeyd olunub ki, Azərbaycan Türk Qadınlar Birliyinin 30 illik fəaliyyəti ölkədə qadın hərəkatının inkişafına, ictimai fəallığın artmasına və beynəlxalq layihələrin həyata keçirilməsinə mühüm töhfələr verib.

Zəhra Ağayeva

Избранный
40
qht.az

1Источники