RU

Bakı-Roma əlaqələrində yeni dövr – Bundan sonra…

“Azərbaycan müstəqil dövlət kimi bütün ölkələr və beynəlxalq təşkilatlarla bərabərhüquqlu əməkdaşlıq prinsiplərinə əsaslanaraq münasibətlər qurur. Bu baxımdan Azərbaycan- İtaliya münasibətləri xüsusi ilə seçilir və tərəflər arasında əlaqələrin dinamik inkişafı diqqət çəkir”.

Bu sözləri Musavat.com-a deputat Vüqar İskəndərov deyib.

 

Şimali

O bildirib ki, İtaliya ilə Azərbaycan arasında siyasi münasibətlər yüksək səviyyəyə malikdir və bu əlaqələr Avropanın aparıcı dövlətlərindən biri ilə qurulan strateji tərəfdaşlığın uğurlu nümunəsi kimi çıxış edir: “Prezident İlham Əliyevin 2020-ci ildə İtaliyaya səfəri, Kopenhagendə ASB çərçivəsində keçirilən görüşlər, eləcə də İtaliyanın Baş naziri Ciorcia Meloni ilə aparılan dialoqlar bu əlaqələrin davamlı və dinamik xarakter daşıdığını göstərir. Bütün bunları sadalamaqla yanaşı, hesab edirəm ki, baş nazir Meloninin Azərbaycana səfəri həm siyasi, həm də rəmzi baxımdan xüsusi əhəmiyyət daşıyır. Onun məhz Ermənistan daxil olmaqla keçirilən çoxtərəfli tədbirdən sonra Bakıya gəlməsi iki ölkə arasında dostluq və strateji tərəfdaşlığın növbəti təsdiqi kimi qiymətləndirilə bilər”.

Tərəflər arasında iqtisadi əlaqələrə gəlincə millət vəkili deyib ki, Azərbaycan İtaliyanın enerji təhlükəsizliyində mühüm rol oynayır və bu ölkənin əsas enerji tərəfdaşlarından biri kimi çıxış edir. Onun fikrincə, əməkdaşlıq təkcə enerji ilə məhdudlaşmır, ölkəmizdə həyata keçirilən bir çox layihələrdə İtaliya şirkətləri fəal iştirak edir, o cümlədən işğaldan azad olunmuş ərazilərdə və Mingəçevirdə icra olunan layihələrdə onların rolu xüsusilə nəzərə çarpır. Həmçinin Zəfər Muzeyləri kimi mühüm mədəni layihələrin hazırlanmasında da İtaliya şirkətlərinin iştirakı diqqət çəkir. Bundan əlavə, iki ölkə arasında hərbi-texniki sahədə də əməkdaşlıq inkişaf edir və deputat deyib ki, Azərbaycan müdafiə nazirinin İtaliyaya səfəri bu istiqamətdə əlaqələrin genişlənməsinə xidmət edir

V.İskəndərov sonda vurğulayıb ki, nəticə etibarilə, Azərbaycan-İtaliya münasibətləri qarşılıqlı maraqlara və etibara əsaslanan, çoxşaxəli, strateji xarakter daşıyan əməkdaşlıq modelidir. Onun sözlərinə görə, bu əlaqələr enerji təhlükəsizliyindən tutmuş iqtisadi, siyasi, hərbi və mədəni sahələrə qədər geniş spektri əhatə edir.


Cavanşir Abbaslı
Musavat.com

Избранный
31
50
musavat.com

10Источники