RU

Nəsrindən toy sonrası ilk AÇIQLAMA

Türkiyədə fəaliyyət göstərən aktrisa Nəsrin Cavadzadə ailə həyatı qurduqdan sonra ilk açıqlamasını verib.

Milli.Az xəbər verir ki, məlumata görə, sənətçi Kadir Taner Uçar ilə nikah masasına əyləşib. Toy mərasimindən sonra o, yeni layihəsi - Kanal D-də yayımlanacaq "Daha 17" serialının çəkiliş meydançasında jurnalistlərin suallarını cavablandırıb.

Aktrisa bildirib ki, uzun illik karyerası ərzində ilk dəfədir ki, evlilikdən dərhal sonra işə qayıdır. Onun sözlərinə görə, bu yeni mərhələni hələ tam dərk etmədiyi üçün hisslərini ifadə etməkdə çətinlik çəkir. Nəsrin əlavə edib ki, çəkilişə gəlmək onun üçün qeyri-adi olub və yaşadıqlarını zaman keçdikcə daha yaxşı anlayacağını düşünür.

Sənətçi həmçinin vurğulayıb ki, münasibətlərin davamlı olması üçün sevginin əsas rol oynadığını hesab edir.

Qeyd edək ki, aktrisanın toy mərasimi Bodrum şəhərində baş tutub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Избранный
5
3
olaylar.az

4Источники