RU

Azərbaycana yüksəkdozalı C vitamini preparatının idxalı ilə bağlı - RƏSMİ



Azərbaycanda geniş istifadə olunan yüksəkdozalı C vitamini preparatlarından biri olan "Pascorbin 7.5 g/50 ml" ilə bağlı yaxın aylarda mühüm dəyişiklik olacağı ilə bağlı xəbər vermişdik.

Medicina.az xəbər verir ki, məlumatda "Pascorbin"in ölkədə qeydiyyat müddətinin mayın 21-də başa çatacağı və yaxın dövrdə preparatın yeni partiyasının idxalının müvəqqəti olaraq mümkün olmayacağı vurğulanıb və xəstələrə xəbərdarlıq edilib.


Oxu.Az-ın sorğusuna cavab olaraq Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzindən (AEM) bildirilib ki, sözügedən preparatın qüvvədə olma müddəti 21.05.2026-cı il tarixinədəkdir.



"Dərman vasitələri haqqında" Azərbaycan Respublikası Qanununun 6.1-ci bəndinə əsasən bu, Qanunla nəzərdə tutulmuş hallar istisna olmaqla, dərman vasitələrinin Azərbaycan Respublikasına idxalına, Azərbaycan Respublikası ərazisində istehsalına, satışına və istifadəsinə yalnız icazə verən orqan tərəfindən dövlət qeydiyyatına alındıqdan sonra yol verilir.

Qanunun 6.12-ci bəndinə əsasən dövlət qeydiyyatının qüvvədə olduğu müddət ərzində ölkə daxilində dövriyyəyə buraxılmış dərman vasitələrinin dövlət qeydiyyatının qüvvədəolma müddəti bitdikdən sonra onun son istifadə tarixi bitənədək satışına və istifadəsinə yol verilir.

"Pascorbin 7.5 q" ticarət adlı dərman vasitəsi hazırda Azərbaycan Respublikasında dövlət qeydiyyatına malikdir və onun qeydiyyat vəsiqəsinin qüvvədə olma müddəti 21.05.2026-cı il tarixinədəkdir.

Əlavə olaraq bildiririk ki, sözügedən dərman vasitəsinin yenidən dövlət qeydiyyatı ilə bağlı yerli şirkət tərəfindən Mərkəzə müraciət olunub və proses Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 dekabr 2019-cu il tarixli qərarı ilə təsdiq edilmiş "Dərman vasitələrinin ekspertizasının, o cümlədən sadələşdirilmiş ekspertizasının aparılması Qaydaları"na uyğun olaraq tərəfimizdən icra edilməkdədir.


Bu dərman vasitəsinin əsas təsiredici maddəsi "Askorbin turşusu"dur (C vitamini), farmakoterapevtik qrup olaraq vitamin preparatlarına aiddir. Dövlət qeydiyyatına alınan zaman təsdiq edilmiş istifadə təlimatına əsasən "Paskorbin" dərman vasitəsi qida ilə əvəz olunmayan "C vitamini" çatışmazlığının müalicəsi və profilaktikası üçün istifadə olunur.

Əlavə olaraq bildiririk ki, sözügedən dərman vasitəsi sonuncu dəfə 13.02.2025-ci il tarixdə 60 480 ədəd (flakon) sayda ölkə ərazisinə idxal olunub".

medicina.az


Избранный
21
1
medicina.az

2Источники