RU

IELS 2025: Sosial-iqtisadi vəziyyəti aşağı olan ailələrin övladlarının göstəriciləri o qədər də aşağı deyil

Bakı, 5 may, AZƏRTAC

Sosial-iqtisadi vəziyyəti aşağı olan ailələrin övladlarının göstəriciləri o qədər də aşağı deyil.

AZƏRTAC xəbər verir ki, bunu Təhsil İnstitutunun direktoru səlahiyyətlərini müvəqqəti icra edən Elnur Əliyev Beynəlxalq Erkən Öyrənmə və Uşaq Rifahı Tədqiqatının (IELS 2025) nəticələrinə dair ekspertlər və media nümayəndələri üçün təşkil edilən məlumatlandırma sessiyasında deyib.

O bildirib ki, Azərbaycanda bu fərq 58 bal təşkil edir: “Bu göstərici 472 və 530 bal arasında dəyişir. Şagirdlərin fərdi nailiyyətləri arasında da əhəmiyyətli fərqlər mövcuddur”.

Müxbir – Aysel Azadqızı

 

Избранный
14
azertag.az

1Источники