RU

WGC: Dünya mərkəzi bankları martda 66 ton qızıl satıb

WGC:

Dünya mərkəzi bankları 2026-cı ilin martda ümumilikdə 66 ton qızıl satıb.

Bu barədə Dünya Qızıl Şurasının (WGC) hesabatında qeyd olunub.

Hesabatda bildirilib ki, martda ən böyük qızıl satıcıları Türkiyənin (60 ton) və Rusiyanın (6 ton) mərkəzi bankları olub.

Eyni dövrdə ən fəal alıcılar isə Polşa (11 ton), Özbəkistan (9 ton), Qazaxıstan (6 ton) və Çin (5 ton) mərkəzi bankları olub. Digər alıcılar sırasında Çexiya və Qvatemalanın hər biri 2 ton qızıl alışı ilə qeyd olunub.

Qeyd edək ki, 2026-cı ilin birinci rübünün yekunlarına görə, ən böyük qızıl alıcısı 31 tonla Polşa olaraq qalır. Onu 25 tonla Özbəkistan, 13 tonla Qazaxıstan və 7 tonla Çin izləyir.

Digər mərkəzi banklar — Çexiya, Malayziya, Qvatemala, Kamboca, İndoneziya və Serbiya da 1 ton və ya daha çox həcmdə xalis qızıl alışı həyata keçiriblər.

Избранный
6
2
xalqcebhesi.az

3Источники