RU

Azərbaycan voleybol millisi Avropa Liqasına Macarıstan və Sloveniyada hazırlaşacaq

Bakı, 5 may, AZƏRTAC

Avropa Liqasında çıxış edəcək qadın voleybolçulardan ibarət Azərbaycan millisi Macarıstan və Sloveniyada hazırlıq keçəcək.

Bu barədə Azərbaycan Voleybol Federasiyasından AZƏRTAC-ın sorğusuna cavab olaraq bildirilib.

Qeyd edilib ki, yığma toplanışa Bakıda start verəcək və daha sonra Macarıstan ilə Sloveniya toplanışı olacaq.

Hər iki ölkədə yoxlama oyunlarının keçirilməsi nəzərdə tutulub.

Müxbir – Cavid Əliyev

Избранный
27
1
azertag.az

2Источники