RU

Gömrük əməkdaşını qətlə yetirən yeniyetməyə hökm oxundu

Ötən ilin oktyabrında Bakı şəhər Suraxanı rayonu ərazisində Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşı 1982-ci il təvəllüdlü Ayxan Fəxrəddin oğlu Mustafayevi bıçaqlayaraq qətlə yetirən şəxsin məhkəmə prosesi başa çatıb.

Xitab24.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə hakim qarşısına təqsirləndirilən şəxs qismində 2009-cu il təvəllüdlü R.Xəlilov çıxarılıb.

R.Xəlilov ona elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərib ki, hadisə qısqanclıq zəminində baş verib.

Anası ilə Ayxan Mustafayev arasındakı “WhatsApp” yazışmalarına şahidlik edən Rasif zərərçəkmişdən qisas almaq niyyətinə düşüb.

Ayxanı küçədə görəndə isə heç nə düşünmədən onun üstünə qaçıb və evdən götürdüyü bıçaqla bir neçə zərbə endirib.

Məhkəmədə Ayxan Mustafayevin qardaşı da ifadə verib və mərhumun təqsirləndirilən şəxsin anası ilə sevgi münasibətlərini olduğunu etiraf edib. O, yeniyetmədən şikayətçi olduğunu, ən ağır cəzanın təyin edilməsini istəyib.

Məhkəmənin hökmünə əsasən, Rasif Xəlilov 9 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. 

Qeyd edək ki, hadisə nəticəsində həyatını itirən Ayxan Mustafayev ailəli olub. Rasifin anası onlara məxsus mağazada satıcı işləyib.

"Cebheinfo.az"

Избранный
7
1
cebheinfo.az

2Источники