JASBAR GÖMRÜK XİDMƏTLƏRİ
Sea Breeze
Landscape 1

2025-ci ildə Azərbaycanda ana ölümü üzrə 26 hal qeydə alınıb və bu göstərici hər 100 min diri doğulana 27,1 təşkil edib.

Bu barədə Dövlət Statistika Komitəsindən məlumat verilib.

Məlumata görə, 2025-ci il üzrə regionlar üzrə bölgü göstərir ki, qeydə alınan 26 halın 10-u şəhər, 16-sı isə kənd yerlərində baş verib. Belə ki, Bakı şəhərində ümumilikdə 4 hal qeydə alınıb və bunlardan 2-si Sabunçu rayonunda, hərəsi 1 olmaqla isə Suraxanı və Yasamal rayonlarında baş verib. Bakı şəhərinin digər rayonlarında isə belə hal qeydə alınmayıb.

Naxçıvan iqtisadi rayonunda ümumilikdə 4 ana ölümü qeydə alınıb. Bu halların 1-i Naxçıvan şəhərində, 1-i Babək rayonunda, 2-si isə Kəngərli rayonunda baş verib. Abşeron-Xızı iqtisadi rayonunda 1 belə hal qeydə alınıb və bu hal Sumqayıt şəhərində baş verib. Gəncə-Daşkəsən iqtisadi rayonunda da 1 ana ölümü qeydə alınıb və bu hal Gəncə şəhərinin payına düşür.

Qarabağ iqtisadi rayonunda ümumilikdə 4 ana ölümü qeydə alınıb. Bu halların 1-i Ağcabədi rayonunda, 3-ü isə Bərdə rayonunda baş verib. Qazax-Tovuz iqtisadi rayonunda 1 hal qeydə alınıb və bu hadisə Qazax rayonunda qeydə alınıb. Quba-Xaçmaz iqtisadi rayonunda isə Quba və Qusar rayonlarından hər birində 1 nəfər olmaqla ümumilikdə 2 hal qeydə alınıb.

Lənkəran-Astara iqtisadi rayonunda ümumilikdə 4 ana ölümü halı qeydə alınıb. Bu halların 2-si Cəlilabad rayonunda, 1-i Lənkəran rayonunda, 1-i isə Yardımlı rayonunda baş verib. Mərkəzi Aran iqtisadi rayonunda 1 hal qeydə alınıb və bu hadisə Kürdəmir rayonunda qeydə alınıb. Mil-Muğan iqtisadi rayonunda 2 ana ölümü qeydə alınıb və hər iki hal İmişli rayonunun payına düşür. Şəki-Zaqatala iqtisadi rayonunda 1 hal qeydə alınıb və bu hadisə Şəki rayonunda baş verib. Şirvan-Salyan iqtisadi rayonunda da 1 ana ölümü qeydə alınıb və bu hal Hacıqabul rayonunda qeydə alınıb.

Dağlıq Şirvan və Şərqi Zəngəzur iqtisadi rayonlarında isə 2025-ci il ərzində ana ölümü halı qeydə alınmayıb.

Xatırladaq ki, əvvəlki illərin göstəricilərinə nəzər saldıqda, 2020 və 2021-ci illərdə hər birində 20 nəfər olmaqla ana ölümü qeydə alınıb, 2022-ci ildə bu rəqəm 18 nəfər olub. 2023-cü ildə kəskin artım baş verərək 33 nəfərə yüksəlib, 2024-cü ildə isə 29 ana ölümü qeydə alınıb.

Məlumat üçün qeyd edək ki, statistikaya hamiləlik, doğuş və zahılıq dövründə baş verən ölümlər daxildir. (Modern)

JASBAR GÖMRÜK XİDMƏTLƏRİ
ETX
ETX
ETX