RU

İnsanların davranışlarında məntiqsizlik görürsünüzsə, bu o deməkdir ki... Psixoloq

Olke.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

“Əgər tibbi və ya psixiatrik problem yoxdursa, bütün insanların davranışları müəyyən məntiqə söykənir. Əgər siz insanların davranışlarında hər hansı bir məntiqsizlik görürsünüzsə, bu o deməkdir ki, onların motivasiyasını tam başa düşməmisiniz”.

Ölkə.Az xəbər verir ki, bunu klinik psixoloq Fuad Əsədov bildirib. O, insanlara məntiqsiz görünən davranışların dərin bir problemin göstəricisi ola biləcəyini söyləyib:

“Münasibətlərində yaşadıqları konfliktlə bağlı müraciət edən pasiyentlərimə də eyni şeyi deyirəm. Onlar başlayırlar yoldaşları və ya sevgililəri haqqında narazılıqlarını ifadə etməyə və bildirirlər ki, qarşı tərəf müəyyən mənfi davranışlar sərgiləyir və bu da problemə səbəb olur. Bu zaman mən onlara belə bir sual verirəm: “Sizcə, o niyə belə davranır?”

İlk növbədə, qarşı tərəflə empatiya qurmaq və onun niyə məhz bu şəkildə davrandığını anlamağa çalışmaq lazımdır. Maraqlı məqam isə budur ki, problemin yaranmasına səbəb olan davranışlar çox vaxt başqa, daha dərin bir problemin göstəricisi olur.

Siz deyə bilərsiniz ki, qarşı tərəf əhəmiyyətsiz bir məsələ üzərində problem yaradır. Amma sual budur: niyə məhz o “əhəmiyyətsiz” məsələ problemə çevrildi? Yoxsa həmin məsələ artıq dolmuş bir qabın son damlası idi?

Qarşı tərəflə empatiya qurulmadan heç bir problem effektiv şəkildə həll edilə bilməz”.

Billurə

 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
1
34
olke.az

10Источники