RU

Beyləqan rayon Heydər Əliyev Mərkəzinə ekskursiya təşkil olunub

Yeniazerbaycan portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Yeni Azərbaycan Partiyası (YAP) Xocavənd rayon təşkilatı və Xocavənd Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Şəhərsalma və Memarlıq İli” çərçivəsində Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibəti ilə 05-may 2026-ci il tarixndə gənc partiya fəallarının və məktəblilərin iştirakı ilə Beyləqan rayon Heydər Əliyev Mərkəzinə ekskursiya təşkil olunub.

Əvvəlcə Beyləqan rayonundakı Heydər Əliyev parkında Ulu Öndər Heydər Əliyevin büstü önünə gül dəstələri düzülüb.

Daha sonra Mərkəzdə gənclərə müstəqil Azərbaycan dövlətinin memarı, Ümummilli Lider Heydər Əliyevin zəngin həyat yolu və müstəsna fəaliyyəti haqqında geniş məlumat verilib, gənclər eksponat, fotoşəkil və kitablarla tanış olublar.

Beyləqan rayon Heydər Əliyev Mərkəzində davam edən tədbirdə Dövlət Himni səsləndirilib. Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla anılıb. Sonra Ulu Öndər Heydər Əliyevin həyat və yaradıcılığına həsr edilən filmə baxılıb

Tədbirdə YAP Xocavənd rayon təşkilatının sədri Vüsal Hüseynov, Xocavənd rayon İcra Hakimiyyətinin əməkdaşı Nicat Şirinov, Beyləqan rayon Heydər Əliyev Mərkəzinin direktoru Xəyalə Kərimova  və digər çıxış edənlər Azərbaycanın müstəqilliyinin qorunub saxlanmasında, möhkəmlənməsində, inkişafında müstəsna rol oynayan və daim xalqına arxalanan Ulu Öndər Heydər Əliyevin tarixi xidmətlərindən bəhs ediblər.

Sonda Yeni Azərbaycan Partiyasının (YAP) ictimai-siyasi həyatında fəal iştirakına görə bir qrup partiya fəalı fəxri fərmanla təltif edilib.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
14
yeniazerbaycan.com

1Источники