RU

Stubb: Avropaya Rusiya ilə əlaqələri bərpa etmək lazım gələ bilər, lakin...

Finlandiya prezidenti Aleksandr Stubb bildirib ki, gələcəkdə Avropa Rusiyayla diplomatik əlaqələri bərpa etməli ola bilər, lakin bu proses birbaşa ABŞ-ın siyasi kursundan və onun Avropanın maraqları ilə uyğunluğundan asılı olacaq.

HOT.az xəbər verir ki, o, “Helsingin Sanomat” qəzetinə müsahibəsində qeyd edib ki, hazırda Avropa və ABŞ Rusiyadan gələn təhlükənin səviyyəsini fərqli qiymətləndirir: “Avropada Rusiya əsas təhlükə kimi qəbul edilir, ABŞ-da isə bu yanaşma eyni dərəcədə mütləq deyil".

Stubbun sözlərinə görə, bu səbəbdən gec-tez Avropa ölkələrinin Rusiya ilə diplomatik kanalları yenidən açmaq zərurəti yarana bilər. Onun fikrincə, bu qərar ABŞ-ın Rusiya və Ukrayna ilə bağlı mövqeyi ilə də sıx bağlı olacaq.

"Əgər cavab mənfi olarsa, çox güman ki, Avropanın hansısa lideri Vladimir Putinlə koordinasiyalı şəkildə dialoqa girməli olacaq. Bu mövzular artıq iki ildir Avropa rəhbərliyi daxilində müzakirə olunur”, deyə Stubb vurğulayıb.

Eyni zamanda o qeyd edib ki, hazırda Ukrayna Avropanın müdafiəsində əsas rol oynayan gücdür və Rusiya təhlükəsini dayandıran əsas baryerdir.

“Ukraynanın Avropada ən güclü və müasir quru qoşunlarına malik olduğu düşünülür. O, Moskvanın çəkindirilməsi üçün vacibdir, çünki Rusiya təhlükəsi aktiv döyüşlər bitdikdən sonra da davam edəcək”, deyə Finlandiya prezidenti bildirib.

Bu səbəbdən Stubb Ukraynanın NATO və Avropa İttifaqına inteqrasiyasını Qərbin kollektiv təhlükəsizliyi üçün birbaşa üstünlük kimi qiymətləndirib.

Samir
 

Избранный
12
hit.az

1Источники