RU

Meloninin Bakı səfərinə İtaliyadan REAKSİYA – Ölkələrimiz arasında əməkdaşlıqda hansı yeniliklər gözlənilir? – ÖZƏL

“Baş nazir Meloninin Bakıya səfəri adi diplomatik ziyarət deyil, bu, İtaliya və Azərbaycanı yeni Avrasiya balansının sütunları kimi mövqeləndirən strateji xəttin konkret təsdiqidir”.

Bu fikirləri Bizim.Media-ya açıqlamasında italiyalı jurnalist, analitik Dominika Letisiya deyib.

İtaliya baş nazirinin Azərbaycana səfərini şərh edən Letisiya, iki ölkə arasında əlaqələrin daha da inkişaf etdiyinə diqqət çəkib:

“Qafqazdakı prosesləri uzun müddətdir izləyən jurnalist kimi bu səfəri geosiyasi realizmin uğuru kimi qiymətləndirirəm. Qlobal marşrutların münaqişə və qeyri-müəyyənliklə sarsıldığı bir dövrdə Azərbaycanla münasibətlərin möhkəmləndirilməsi İtaliyaya təkcə enerji təhlükəsizliyi deyil, həm də Avropa üçün Aralıq dənizi habı kimi mühüm rol qazandırır”.

Jurnalist qeyd edib ki, Bakının Roma üçün önəmi üç əsas sütuna əsaslanır:

“Birincisi, enerji təhlükəsizliyidir. Azərbaycan hazırda İtaliyanın qaz tələbatının təxminən 16%-ni, neft tələbatının isə 17%-ni təmin edir. Rusiyadan sonrakı diversifikasiya şəraitində Cənub Qaz Dəhlizi (TAP) sənayemiz üçün həyati təminatdır. İkincisi ticarət əlaqələridir. İtaliya qlobal miqyasda Azərbaycanın əsas ticarət tərəfdaşıdır. Biz yalnız alıcı deyilik, həm də texnologiya, avadanlıq və bilik təmin edən tərəfik”.

Letisiya bildirib ki, digər önəmli faktor Azərbaycanın yaratdığı yeni geosiyasi yenilikdir

“Azərbaycan Qərb ilə Mərkəzi Asiya arasında körpü rolunu oynayır. Bakı ilə əməkdaşlıq “Orta Dəhliz”də söz sahibi olmaq deməkdir. Həmçinin qaz indiyədək əsas bağlayıcı amil olsa da, tərəfdaşlığın davamlı olması üçün gələcək daha geniş sahələri əhatə etməlidir. İtaliya və Azərbaycan bir sıra istiqamətlərdə əməkdaşlığı sürətləndirməlidir.

Xüsusən müdafiə və təhlükəsizlik sahəsində. Danışıqlarda da vurğulandığı kimi, İtaliyanın hərbi-sənaye kompleksi (Leonardo, Fincantieri) Azərbaycan Silahlı Qüvvələrinin modernləşdirilməsi üçün yüksək texnoloji imkanlar təqdim edə bilər və bu, NATO çərçivəsində regional sabitliyi gücləndirə bilər”.

Tehran Orucoğlu, Bizim.Media

Избранный
17
1
bizim.media

10Источники