RU

Bu kərə yağları ilə bağlı XƏBƏRDARLIQ Sağlamlığınız TƏHLÜKƏDƏ

Turkstan.az saytından alınan məlumata görə, ain.az bildirir.

Son dövrlərdə bazarlarda satılan kərə yağlarının keyfiyyəti və tərkibi ilə bağlı narazılıqlar artmaqdadır. Xüsusilə idxal olunan məhsulların nə dərəcədə təbii olması, istehsal prosesində hansı maddələrdən istifadə edildiyi və daşınma şəraitinin standartlara uyğun olub-olmaması istehlakçıları düşündürür.

Bəs İrandan idxal olunan kərə yağlarının tərkibi və istehsal prosesi insan sağlamlığı üçün nə dərəcədə təhlükəsizdir?

Mövzu ilə bağlı KONKRET.az-a danışan qida məsələləri üzrə ekspert İlkin Şirinov bildirib ki, problem təkcə İrandan idxal olunan məhsullarla məhdudlaşmır:

“Son zamanlar kərə yağları ilə bağlı istehlakçıların haqlı narazılıqları ilə qarşılaşırıq. Bunun əsas səbəblərindən biri bəzi məhsulların üzərində göstərilən tərkiblə real tərkibin üst-üstə düşməməsidir. Bu isə ciddi narahatlıq doğurur.”

Ekspert qeyd edib ki, həm idxal olunan, həm də yerli istehsal olunan yağların tərkibində sağlamlıq üçün zərərli maddələr ola bilər:

“Əgər kərə yağı adı ilə satılan məhsulların tərkibində kimyəvi qatqılar, palma yağı və digər zərərli komponentlər varsa, bu, insan sağlamlığı üçün ciddi risklər yaradır. Xüsusilə palma yağının mütəmadi və həddindən artıq istifadəsi ürək-damar xəstəlikləri və infarkt riskini artırır. Bu hallar erkən ölüm səbəbləri arasında da qiymətləndirilə bilər.”

İlkin Şirinov əlavə edib ki, məhsulun istehsal prosesi ilə yanaşı, onun daşınma və saxlanma şəraiti də mühüm rol oynayır:

“Məhsulların daşınması zamanı temperatur balansına ciddi əməl olunmalıdır. Əgər “soyuq zəncir” qorunarsa və məhsul ərimə-donma prosesinə məruz qalmazsa, bu zaman əlavə risklərdən danışmağa əsas yoxdur. Lakin temperatur dəyişiklikləri baş verərsə, yağın tərkibində pozulmalar yaranır ki, bu da insan sağlamlığı üçün təhlükə yarada bilər.”

Ekspert vurğulayıb ki, məhsulun tərkibində hər hansı kimyəvi qatqı varsa, bu, mütləq etiket üzərində açıq şəkildə qeyd olunmalıdır.

Mütəxəssis istehlakçılara tövsiyə edir ki, kərə yağı alarkən məhsulun tərkibinə, istehsal və saxlanma şərtlərinə xüsusi diqqət yetirsinlər.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
4
3
icma.az

4Источники