RU

Dünyada neft bahalaşdı

Yaxın Şərqdə, xüsusilə strateji əhəmiyyətli Hörmüz boğazında hərbi gərginliyin yenidən artması dünya neft bazarlarında kəskin qiymət artımına səbəb olub. 

“Əl-Cəzirə” telekanalı xəbər verir ki, “Brent” markalı neftin qiyməti təxminən 6 faiz bahalaşaraq 114,44 ABŞ dollarına yüksəlib.

Qiymətlərin bu dərəcədə yüksəlməsinə səbəb Yaxın Şərqdə hərbi insidentlərin baş verməsidir. Beynəlxalq Dəniz Təşkilatının məlumatına görə, hazırda Hörmüz boğazında 2000-ə yaxın gəmidə 20 min dənizçi çarəsiz vəziyyətdə qalıb. BMT-nin Baş katibi Antonio Quterreş xəbərdarlıq edib ki, boğazın bağlanması neft, qaz və digər vacib malların çatdırılmasını dayandıraraq dünya iqtisadiyyatına mənfi təsir göstərir. Fevral ayından bəri neftin qiyməti artıq 50 faizdən çox bahalaşıb. Mütəxəssislər yaxın aylarda qiymət artımının davam edəcəyini ehtimal edirlər.

Təhminə VERDİYEVA,

“Azərbaycan”

Избранный
13
50
azerbaijan-news.az

10Источники