Hindistanlı milyarder, iş adamı Mukeş Ambaninin qızı İşa Ambani "Met Qala" tədbirində 1 800 əyarlıq zinət əşyaları taxıb.
"Cebheinfo.az" xəbər verir ki, onun geyimi saf qızıl saplardan toxunmuş sari ilə tamamlanıb. Sarinin kənar hissəsinin yalnız əl işi ilə işlənməsi üçün 50 usta 1 200 saatdan çox vaxt sərf edib.
Obrazın konsepsiyası üçün İşanın anası Nita Ambani “Kantilal Chhotalal” zərgərlik evi ilə birlikdə çalışıb. Onun ideyası ailəyə məxsus brilyant arxivini modelyer işinə əlavə etmək olub. Nitanın şəxsi kolleksiyasından 200-dən çox brilyant qızının libasının metal naxışlarının üzərinə əl ilə tikilib. İşanın bütün obrazında daşların ümumi çəkisi 1 800 əyardan çox olub.
Onun başının arxasındakı hissənin hazırlanmasına da 150 saatdan çox vaxt sərf edilib. İşanın zəncirli şəffaf çantada tutduğu manqo formasında aksessuar isə Hind mədəniyyətində məhsuldarlığı simvolizə edir. (Axşam.az)
"Cebheinfo.az"